AZ

Analitik Ekspertiza Mərkəzinin “Laser Beauty Estetik Klinikası” MMC-nin aparılan yoxlamaya dair iddialarına CAVAB

Bakı. Trend:

Analitik Ekspertiza Mərkəzinin “Laser Beauty Estetik Klinikası”MMC-nin aparılan yoxlamaya dair iddialara cavab verib.

Trend AEM-in klinikarəhbərinin iddiasına əsasən sorğunun cavabını təqdim edir:

"- “Soyuducunun dərəcəsini yarım saatdan bir ölçməliyik. Əgərmən həmin soyuducuda buz saxlayıb prosedurdan sonra dodağaqoyuramsa, o soyuducunun dərəcəsini niyə ölçüm?”

AEM-in cavabı: Azərbaycan Respublikası Səhiyyə NazirliyininKollegiyasının 01 saylı, 11 yanvar 2018-ci il tarixli Əczaçılıqfəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiqedilməsi barədə Qərarının 7.14.4 ci bəndinə əsasən “Dərmanvasitələrinin saxlandığı sahələrdə temperatur, rütubət vəhavalandırma göstəriciləri sutkada bir dəfə qeydə alınaraqtemperatur, rütubət və havalandırma göstəricilərinin qeydiyyatxəritəsi aparılır”. Bu məlumatlar “Temperatur qeydiyyatvərəqəsi”ndə qeyd edilməlidir.

AEM-in əməkdaşları həmin vərəqəni klinikanın direktoru CəfərovaYeganə Səlim qızına şəxsən təqdim ediblər.

Rəna Soltanova ikinci iddiası: - “Digər səbəb isə əvvəlkistomatoloqun burada qalan əşyaları ilə bağlı olub. Stomatolojiotaqda cərrahi prosedur həyata keçirilməyib. Sadəcə, stomatoloqunmüəyyən əşyaları burada qalıb. Burada ümumiyyətlə cərrahiyyəyoxdur. Mən həm də yazaram, bir otağımda 500-ə yaxın kitab var.İndi bu o deməkdir ki, həmin otaq kitabxanadır?"

AEM-in cavabı: Səhiyyə Nazirliyinin 07.04.2009-cu il tarixli 37nömrəli əmri ilə təsdiq olunan “Tibb müəssisələrindəsanitar-epidemioloji tələblərə dair” Qaydalarının 4-cü bəndinəəsasən, hər bir lisenziya üzrə fəaliyyət üçün icazə verilən işlərəuyğun ayrıca şərait yaradılmalıdır. Klinikada isə“cərrahi-stomatologiya” və “diş texniki” işləri üçün icazəolmamasına baxmayaraq, (lisenziyadan kənar fəaliyyət) fəaliyyətgöstərmələri aşkarlanıb. Bir stomatoloji otaqda qanuna zidd olaraq,həm vizioqraf, həm diş texniklərinə aid avadanlıqlar, implantqoyulması üçün iki ədəd işlək vəziyyətdə fiziodispenser, cərrahitikiş materialları, abatmen və paketlənən, sterilizasiya edilən,lakin saxlama şərtlərinə riayət edilməyən cərrahi stomatolojialətlər – kəlbətin və elevatorlar aşkar edilib.

Həmçinin, stomatoloji işlərə aid sənədlər yoxlanılarkən, AEM-inyoxlayıcı-mütəxəssislərinə iki həkim-stomatoloqların və bir diştexnikinin şəxsi işləri təqdim edilib. Həkimlərdən birinin (ƏliyevElşən Alik oğlu) sertifikatının olmaması aşkarlanıb, diş texnikininisə təhsilini təsdiq edən sənəd yoxlamaya təqdim edilməyib. Eynizamanda, hər həkimin vəzifə öhdəliklərində tibbi qeydiyyatsənədlərinin aparılması və bu prosesə nəzarət baş həkiminsəlahiyyətlərinə aiddir. Vəzifə borclarını yerinə yetirmədiklərinəgörə bütün tibb işçiləri məsuliyyət daşıyırlar.

Üçüncü iddia: - “Klinikada lazer epilyasiyası ustalarının və SMMişlərini həyata keçirən işçilərin tibb bacısı olmamaları da onlaranöqsan kimi göstərilməsi”.

- “Mən onlardan soruşuram ki, lazer epilyasiyası üçün haragedirsiniz? Deyirlər, gözəllik salonlarına. Onlardan soruşdum ki,bəs deyirsiniz, gözəllik salonlarında lazer epilyasiyası etdirməkolmaz. Bəs niyə onları yoxlamırsınız? Mənə cavab verdilər ki,onların lisenziyası yoxdur deyə yoxlama apara bilmirlər. Mən dəbildirdim ki, bizim lisenziyamız var deyə yoxlama aparılır və beləxırda nöqsanlar tutulur, amma onların lisenziyası yoxdur deyə heçyoxlama da apara bilmirsiniz. Sonda mənə deyiləndə ki sizin"İnstagram" üçün video çəkən işçiniz də tibb bacısı olmalıdır, buməqamda mən donub qaldım. Qanun qarşısında nə deyə bilərəm ki?!Amma mən əminəm ki, bu, belə qalmaz".

AEM-in cavabı: Araşdırma zamanı yoxlayıcılar SMM-menecerinin(Əsədova Kəmalə Nazim qızı) , administrator (Şükürova Lalə Şirzatqızı), sürücü (Nəsirov Vahid Çingiz oğlu), xəzinədar (DaşdanovaAynur tariyel qızı) və sair qeyri-tibb personalının şəxsi işlərinintəqdim edilməsi tələb olunmayıb.

Gözəllik salonlarında aparılan yoxlama prosedurlarına gəldikdə,klinikada yoxlama zamanı mütəxəssislər rəhbərliyə hansı hallardayoxlamalrın aparılmasını izah ediblər. Diqqətə çatdırılıb ki,“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi vəsahibkarların maraqlarının müdafiəsi haqqında” AzərbaycanRespublikasının Qanunu”na uyğun olaraq plandankənar və planlıyoxlamalar hansı hallarda aparıla bilər.

AEM əməkdaşlarına ünvanlanan daha bir ittiham: “Yoxlama zamanınazirlik əməkdaşlarına müqavimət göstərilməsi ilə bağlı məqamagəlincə isə Rəna Soltanova bunu da təkzib edib:

"Yoxlama zamanı göstərilən nöqsanlar absurd idi. Bizəlisenziyanı Analitik Ekspertiza Mərkəzi verib. Buna görə yoxlamazamanı səslənən nöqsanlara, sadəcə, emosional reaksiya vermişəm.Onlarla ağlaya-ağlaya danışmışam. Bunu şiddət kimi qələməveriblər"", - məlumatda vurğulanıb.

Qeyd edilir ki, Azərbaycanda faəliyyət göstərən özəl tibbmüsəssisələrinə lisenziya AEM tərəfindən deyil, SəhiyyəNazirliyinin rəyi əsasında İqtisadiyyat Nazirliyi tərəfindənverilir. O ki, qaldı “emosional reaksiya”ya, dövlət qurumununəməkdaşlarının öz vəzifə borclarını yerinə yetirməsi zamanı mobiltelefonun üzərlərinə çırpılması, yüksək tonla danışılması, yuxarıinstansiyalara şikayət və nəitcədə işdən qovulmaqla təhdid etməsi,və bu əməllıərin bir müəssisənin baş həkimi tərəfindən edilməsi,əslində həmin şəxsin vəzifə səlahiyyətləri aşmasıdır ki, bununla daRəna Soltanova baş həkimin vəzifə təlimatlarnı oxumaqla tanış olabilər. Vəzifə təlimatlarına uyğun olaraq, baş həkim nəinkui özünün,əməkdaşlarının da etik davranış qaydalarına necə riayət etməsinənəzarət etməlidir.

Son olaraq bildirilir ki, Azərbaycan hüquqi dövlətdir. Qeydolunan klinikanın rəhbərliyi Analitik Ekspertiza Mərkəzinin yoxlamazamanı hər hansı bir qanun pozuntusuna yol verdiyini hesab edirsə,aidiyyəti dövlət qurumlarına müraciət edə bilərlər.

Məqalədə:
Seçilən
29
5
az.trend.az

7Mənbələr