AZ

Bu ərazidə məktəbin hasarı uçub, daşlar yola tökülüb- Piyadalar və sürücülər TƏHLÜKƏDƏDİR - VİDEO

Xəzər rayonu Binə qəsəbəsində məktəbin divarı uçub.

Avtosfer.az-ın məlumatına görə, bu barədə  sakinlərdən biri sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, “Bakavtomat” yolu adlanan ərazidə məktəbin hasarı uzun müddətdir yararsız vəziyyətdədir. Daşlar yola töküldüyü üçün piyadalar, xüsusilə məktəblilər maşınların hərəkətdə olduğu yolla getməli olurlar. Digər tərəfdən ərazidən keçən sürücülər də çətinlik çəkirlər.

Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə qısa zamanda reaksiya verəcək və vətəndaşların təhlükəsizliyi təmin olunacaq. 

Nərmin

Seçilən
33
avtosfer.az

1Mənbələr