Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sabirabad və Cəlilabad rayonlarının inzibati ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.
Araşdırma zamanı həmin şəxslərin Sabirabad rayonu Qarağac kənd sakini Asif Daşdıyev, Cəlilabad rayonu Günəşli kənd sakinləri Elmir Məmmədov və Ramiz Məmmədov olduğu müəyyən edilib, onlardan ov silahları aşkar edilərək maddi sübut kimi götürülüb.