Dünya futbolunun braziliyalı əfsanəsi Rivaldo fəaliyyətdə olan futbolçular arasında ən yaxşı oyunçunun kimliyi haqda sualı cavablayıb.
Arena.az Rusiyanın “Çempionat” dərgisinə istinadən, braziliyalı əfsanənin bu barədə fikrini təqdim edir:
“Mən, Salah deyərdim. Mbappe, əlbbətə, mənim mövqeyimdə oynamır, mən mərkəzdə sərbəst oynamağa öyrəşmişəm. Vinisius, Rafinya heyrətamizdirlər və Yamal yəqin ki, onun yaşında gördüyüm ən istedadlı oyunçulardan biridir. Əgər kimisə qənimətlərinə görə seçməli olsam, Mbappeni seçərdim. Və əlbəttə ki, Messi hələ də oynayır və biz onun nailiyyətlərini heç vaxt unuda bilmərik”, deyə Rivaldo vurğulayıb.