AZ

Zəngəzur dəhlizinin açılması Orta Dəhlizə əlavə böyük həcmdə yükün cəlbinə kömək olacaq - Xudayar Həsənli

Bakı. Trend:

Zəngəzur dəhlizinin açılması Çindən Avropaya daşınan yüklərindaha böyük hissəsinin Orta Dəhlizə cəlbinə kömək edəcək ki, bu daAzərbaycandan keçən yük həcmlərinin artımasına səbəb olacaq. Buyüklərin cəlbindən Azərbaycan və region ölkələri qazanacaq.

Bu sözləri Trend-ə müsahibəsində "Bakı Beynəlxalq Dəniz TicarətLimanı" QSC-nin Strateji Planlaşdırma və İnkişaf Departamentininmüdiri Xudayar Həsənli deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin açılması həm qlobal, həm dəregional logistika baxımından zamanı və xərci azaldır: “Zəngəzurdəhlizinin reallaşması Şərq-Qərb marşurutunda məsafəni qısaldacaq.Ən vacib məqamlardan biri isə Qara Dənizlə yanaşı, artıq Aralıqdənizinə də çıxış imkanı əldə ediləcək. Rəqabətlilik artacağı üçünqiymətlər də tənzimlənəcək, bu isə Azərbaycana cəlb edilən yükhəcminin artımına səbəb olacaq. Bu yüklərin cəlbindən bütün regionölkələri qazanacaq. Məsələn, Çindən-Avropa istiqamətinə 500 min TEU(Twenty-Foot Equivalent Unit) konteyner göndərilərsə, bunun birqismi Gürcüstan üzərindən, bir qismi isə Zəngəzur dəhlizivasitəsilə çatıdırlacaq ki, bu həm zaman, həm də məsrəflərinazalmasına səbəb olacaq”.

Departament müdiri Türkiyə ilə Əfqanıstan da daxil olmaqla, OrtaAsiya arasında ticarət dövriyyəsinin əsasən TIR-lar üzərindənolduğunu xatırladan departament rəhbəri onların da sayının 120-130min ədəd olduğunu söyləyib. O bildirib ki, bunun cəmi 25-30%-iAzərbaycan üzərindən keçir: “Gələcəkdə gəmi sayı artırılarsa, bufaiz nisbəti arta bilər. Amma gəmi sayı artırılsa belə, Türkiyədənçıxan yük Gürcüstana və oradan da Azərbaycana daşındıqda sərhəddəgecikmələrlə üzləşilir. Çünki yük sayı çoxalır və bu da öznövbəsində gecikmələrə səbəb olur. Zəngəzur dəhlizi açıldıqda vəkoridor kimi formalaşdıqda Türkiyədən ixrac olunan yüklər çox rahatşəkildə Azərbaycan üzərindən Orta Asiyaya çatdırıla bilər”.

“Hazırda Çindən dəniz yolu ilə daşınan yüklər Süveyş kanalıbağlı olduğu üçün Afrikanın cənubundan İstanbula gəlir, oradan dahakiçik gəmilərlə Qara Dəniz limanlarına, o cümlədən Poti, Batumiyəgöndərilir. Daha sonra bu yüklər quru yolla həm Azərbaycana, həm dəbir sıra Orta Asiya dövlətlərinə yola salınır. Göründüyü kimi,trayektoriya geniş olduğundan yüklərin daşınmasında daha çox vaxtitirilir. Lakin Zəngəzur Dəhlizi açılsa, bu istiqamətdə zamana ənazı 2-3 həftə qənaət edilmiş olar, həmçinin xərclər də azalar”, -X. Həsənli qeyd edib.

Seçilən
15
az.trend.az

1Mənbələr