AZ

Hərbi geyimləri qanunsuz geyinənlərin cəriməsi nədir? VİDEO

"Hərbi xidmətkeçmə haqqında" əsasnaməyə dəyişiklik edilir.

Xezerxeber.az-ın xəbərinə görə, təklif olunan dəyişikliyə əsasən, hərbi geyim formasını qanunsuz geyinən şəxslər 500-700 manat, əməliyyat-axtarış subyektləri və prokurorluq işçilərinin xüsusi geyim formasını qanunsuz geyinənlər 800-1000 manat cərimə ediləcəklər. Geyim isə müsadirə olunacaq.

Hərbi geyim mağazalarında çalışanlar bu dəyişikliyin onların işinə təsirsiz ötüşməyəcəyini deyirlər.

Vətəndaşlar isə təklif edilən dəyişikliyin qəbul olunmasının tərəfdarıdırlar.

Qeyd edək ki, qanun lahiyəsi milli məclisin müdaifə təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
20
xezerxeber.az

1Mənbələr