AZ

Tramp növbəti dəfə Kanadanın ABŞ-a qoşulmasından danışıb

ABŞ prezidenti Donald Tramp növbəti dəfə Kanadanın ABŞ-a qoşulmasından danışaraq Kanadaya belə olacağı təqdirdə hərbi və digər üstünlüklər vəd edib.

APA xəbər verir ki, Tramp bu haqda Şimali Karolinada jurnalistlərə müsahibəsi zamanı danışıb.

"Mən Kanadanın 51-ci ştat olmasını görmək istərdim. Əgər bu baş versəydi, Kanada vətəndaşları böyük bir vergi güzəşti əldə edəcəkdilər. Onların hazırda çox yüksək vergiləri var və onlar ordu və başqa şeylərlə bağlı narahat olmayacaqlar. Bu kanadalılar üçün sağlamlıq baxımından da daha yaxşı olardı", - deyə o bildirib.

Seçilən
17
2
apa.az

2Mənbələr