AZ

Üçqat Türkiyə çempionu karyerasını başa vurdu

Braziliya millisinin sabiq müdafiəçisi Felipe Melo futbolçu karyerasını bitirdiyini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, 41 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün həyatımın ən vacib fəsillərindən birini - futbolçu karyeramı tamamlayıram. Bu, döyüşlər və nailiyyətlərlə dolu inanılmaz illər idi, lakin ən çox Allahın iradəsinin hər addımda həyata keçirildiyini gördüm".

41 yaşlı futbolçunun son klubu "Fluminense" olub. O, "Kruzeyro", "Qremio", "Malyorka", "Rasinq", "Almeriya", "Fiorentina", "Yuventus", "Qalatasaray", "İnter" və "Palmeyras"da çıxış edib.

Melo “Qalatasaray”la 3 qat Türkiyə çempionudur. O, Braziliya millisinin heyətində 22 oyun keçirərək 2 qola imza atıb.

Seçilən
8
37
fanat.az

10Mənbələr