AZ

Paşinyanın qaynının malikanəsini soydu, sonra hüquq-mühafizə orqanlarını ələ saldı

Ermənistanın baş naziri Nikol Paşinyanın qaynı və hakim “Vətəndaş sazişi” partiyasının üzvü Qraçya Akopyanın malikanəsini qarət edən şəxs o vaxtdan Ermənistanı tərk edib.

Erməni mediasına istinadən xəbər verilir ki, sonuncu Ermənistanı tərk etdikdən sonra hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb və Akopyanın evini qarət edənin özü olduğunu bildirib.
“Bu hal hüquq-mühafizə sistemində böyük əks-səda doğurub. Yerli media hazırda hadisəni törətdiyi iddia edilən şəxslə bağlı məlumatları açıqlaya bilmir.

Ermənistan Daxili İşlər Nazirliyi "Hazırda heç bir şərh verə bilmərik" cavabını verməklə kifayətlənib.

Xatırladaq ki, bu yaxınlarda Paşinyanın qaynı naməlum şəxslərin onun malikanəsini qarət edərək 7-8 milyon dram (təxminən 20 min ABŞ dolları məbləğində ziyan vurduğunu bildirmişdi.

Mənbə: musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr