AZ

Bu Federasiya Rusiya və Belarusa qarşı qadağanı götürdü

Beynəlxalq Şahmat Federasiyası ( FİDE ) Rusiya və Belarusun yaşı 18-dən aşağı olan nümayəndələrinə komanda yarışlarında iştirak etməyə icazə verib.

Publika.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qeyd olunur ki, FİDE həssas qrupların FİDE-nin himayəsi altında keçirilən bütün yarışlarda iştirakına icazə vermək üçün mövcud məhdudiyyətlərə qismən yenidən baxılmasının mümkünlüyü ilə bağlı tövsiyələr almaq üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edib.

FİDE həmçinin Rusiya və Belarusdan olan əlil şahmatçılara neytral statusda komanda yarışlarında iştirak etməyə icazə verib.

Seçilən
27
publika.az

1Mənbələr