AZ

Vuçiç Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini deyib

"Belqrad hakimiyyəti Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək".

Teleqraf.com xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vucic bildirib.

“Qərb və siyasi opponentlərimiz bizi 2000-ci ilə, tabe olduğumuz və seçim azadlığından məhrum olduğumuz, Serbiyanın maraqlarına uyğun qərarların verilmədiyi vaxta qaytarmağa çalışır. Demək istəyirlər ki, biz müstəqil ölkə olaraq qala bilmərik. Nə vaxt və kimə qarşı sanksiyalar tətbiq etdiyimizə nəzarət etmək istəyirlər. Amma bilirsiniz ki, mən Serbiyanın prezidenti olduğum müddətdə nə Rusiyaya, nə də digər müttəfiqlərimizə qarşı sanksiyalar tətbiq etməyəcəyəm”, - Vuçiç deyib.


Müəllif: Arzu
Seçilən
25
6
teleqraf.com

10Mənbələr