AZ

Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb

Bakı. Trend:

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq MusayevNyu-Yorkdakı Türk Evində “Türkiyə, Gürcüstan, Azərbaycan və AmerikaBirləşmiş Ştatlarının işgüzar əməkdaşlığı” adlı tədbirdə iştirakedib.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın daimi nümayəndəliyinin sosial şəbəkədəkisəhifəsində məlumat verilib.

Tədbir Türk-Amerika Ticarət və Sənaye Palatası tərəfindənAmerika-Azərbaycan Ticarət Palatası və Gürcüstanın Nyu-Yorkdakı BaşKonsulluğu ilə birgə təşkil olunub.

Tofiq Musayev çıxışında mühüm regional enerji və nəqliyyatlayihələrindən bəhs edib və Azərbaycan, Türkiyə və Gürcüstanarasında yaradılmış üçtərəfli formatı xatırladıb.

Diplomat regionda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağatöhfə verən investisiya imkanlarını da vurğulayıb.

Seçilən
25
4
az.trend.az

5Mənbələr