AZ

ABŞ ötən il digər ölkələrə rekord məbləğdə hərbi məhsul tədarük edib

ABŞ 2024-cü maliyyə ilində digər ölkələrə rekord məbləğdə 318,7 milyard dollarlıq hərbi məhsul tədarük edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında dərc olunan hesabatda deyilir.

Qeyd olunub ki, 2024-cü maliyyə ilində Xarici Hərbi Satış sistemi çərçivəsində həyata keçirilən hərbi məhsullar, xidmətlər və hərbi əməkdaşlıq fəaliyyətləri 117,9 milyard dollar təşkil edib. Bu, 2023-cü maliyyə ilindəki 80,9 milyard dollarla müqayisədə 45,7% artım deməkdir.

Departament aydınlaşdırıb ki, ümumi məbləğ ABŞ-nin müttəfiqləri və tərəfdaşları tərəfindən maliyyələşdirilən 96,9 milyard dollarlıq silah satışını əks etdirir. Qalan məhsullar müxtəlif proqramlar çərçivəsində hədiyyə edilib.

ABŞ istehsalçıları tərəfindən digər şirkətlərə və ölkələrə hərbi məhsul və xidmətlərin ümumi birbaşa satışı 2024-cü maliyyə ilində 200,8 milyard dollar təşkil edib ki, bu da 2023-cü maliyyə ilindən (157,5 milyard dollar) 27,5% çoxdur.

Seçilən
42
3
report.az

4Mənbələr