AZ

Təyyarənin qəza enişi zamanı otuz nəfər zərər çəkdi

Vaşinqton istiqamətində uçan təyyarənin təcili enişi zamanı Laqosda (Nigeriya) 38 nəfər travma alıb.

Teleqraf.com xəbər verir ki, içərisində 245 sərnişin və 11 ekipaj üzvün olan təyyarə qəfildən hündürlükdə qərar tuta bilməyib, bundan sonra ekipaj komandiri Laqosa qayıtmağa qərar verib.

Dörd sərnişin və iki ekipaj üzvü nəfər ağır zədə alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri hələlik məlum deyil.


Müəllif: Teleqraf.com
Seçilən
23
teleqraf.com

1Mənbələr