AZ

Böyük Britaniyada kritik maliyyə çətinliyində olan bizneslərin sayı məlum olub

Bakı. Trend:

Böyük Britaniyada kritik maliyyə çətinliyində olan bizneslərinsayı rekord səviyyəyə yüksəlib.

Trend xəbər verir ki, bubarədə iflas üzrə ixtisaslaşmış “Begbies Traynor” şirkəti məlumatyayıb.

Şirkət bildirib ki, ən ciddi çətinliklər əyləncə və pərakəndəticarət sahələrində müşahidə olunsa da, tikinti sektoru da ağırvəziyyətlə üzləşir. Hesabatda bildirilib ki, ilin sonunda kritikmaliyyə çətinliyində olan şirkətlərin sayı artır. Lakin 2023-cüilin sentyabr-dekabr aylarında bu rəqəm 50 faiz artaraq 46 min583-ə çatıb. Bu, 2004-cü ildən bəri qeydə alınan ən böyüksıçrayışdır.

Şirkətlərin maliyyə çətinliyinin əsas səbəblərindən biri Vergivə Gömrük İdarəsinin (HMRC) gecikmiş vergi borclarını daha sərtşəkildə geri tələb etməsidir. Bununla yanaşı, əhəmiyyətli maliyyəçətinliyində olan bizneslərin sayı da rüblük göstəriciyə görə 3,5faiz artaraq 654 min 765-ə yüksəlib.

Maliyyə problemləri, eyni zamanda, istehlakçı etibarınınazalması ilə də üst-üstə düşür. Vətəndaşlar həm ölkənin ümumiiqtisadi perspektivləri, həm də şəxsi maliyyə vəziyyətləri iləbağlı daha çox narahatlıq keçirirlər.

Seçilən
39
az.trend.az

1Mənbələr