İran Prezidenti Məsud Pezeşkian Moskvaya gedib.
Parol.az xəbər verir ki, İran liderini aparan təyyarə Rusiya paytaxtının Vnukovo-2 hava limanına eniş edib.
Bu gün Kremldə Pezeşkianın Vladimir Putinlə görüşəcəyi bildirilir. Səfərin əsas səbəbi Rusiya və İran arasında Strateji Tərəfdaşlıq haqqında Hərtərəfli Sazişin imzalanmasıdır.