Türkyəli mütəxəssis İsmail Kartalın yeni komandası müəyyənləşib.
QOL.az xəbər verir ki, 63 yaşlı Kartal İranın “Persopolis” klubunun baş məşqçisi təyin edilib. Bu barədə Tehran təmsilçisi məlumat yayıb.
Məlumatda məşqçinin Türkiyə və Səudiyyə Ərəbistanı klublarından gələn təklifləri qəbul etmədiyi də vurğulanıb.
Bu, Kartalın karyaresında çalışdıracağı birinci əcnəbi klub olacaq. “Persopolis”ə isə daha əvvəl başqa bir türkiyəli Mustafa Denizli də rəhbərlik edib.
İ.Kartalın bunadək son komandası “Fənərbaxça” (2023/24 mövsümü) olub.