Türkiyənin Konya vilayətində çökən binanın dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.
Xezerxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar İdarəsinin (AFAD) əməkdaşları dağıntılar altında qalan 5 nəfərlə telefonla əlaqə qurub.
Xilasedicilərin çökmə zamanı sağ qalan 3 nəfəri dağıntıların altından sağ çıxardığı bildirilir.
Dağıntılar altında qalan insanların xilas edilməsi üçün işlər davam etdirilir.