ABŞ Daxili Təhlükəsizlik Departamenti miqrantların ölkədə müvəqqəti məskunlaşmasına imkan verən bəzi proqramları, o cümlədən ölkədə sponsoru olan ukraynalılara giriş imkanı verən “Ukrayna naminə birləşmə” təşəbbüsünü dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "The New York Times"də dərc olunan məqalədə məlumat verilib.
Nəşrin məlumatına görə, yanvarın 23-də ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin rəhbəri tərəfindən göndərilən elektron məktubda bu proqramlar üçün müraciətlərin yekun işlənməsinin dayandırılması barədə göstərişlər yer alıb. Qərar onların qanuniliyi və mümkün xitamının yoxlanılması çərçivəsində qəbul edilib.
Qəzet yazır ki, Bayden administrasiyası dövründə başlanan "Ukrayna üçün birləşmə" proqramı 150 mindən çox ukraynalının ABŞ-yə daxil olmasına icazə verib.
Donald Tramp administrasiyasının rəsmiləri bildiriblər ki, bu proqramların çoxu əvvəldən qanuna uyğun olmayıb. Prezident ABŞ-nin yeni immiqrasiya siyasətinə uyğun gəlməyən proqramların dayandırılmasını tələb edən sərəncam imzalayıb