Beş ulduzlu otellərin dəsmal və çarşafları hər zaman parlaq ağ və yumşaq olması ilə tanınır. Bu mükəmməl təmizlik yalnız yüksək xidmət keyfiyyəti ilə deyil, eyni zamanda düzgün yuma üsulları ilə əldə edilir. Otellərin istifadə etdiyi xüsusi metodlar, dəsmalların uzun müddət təmiz və təravətli qalmasını təmin edir.
Baxmayaraq ki, zaman keçdikcə yeni təmizlik üsulları ortaya çıxır, dəsmalları ağartmaq və yumşaq saxlamaq üçün ənənəvi metodlar hələ də ən effektiv və sərfəli seçimlərdən biridir.
Dəsmalları yeni kimi saxlamaq üçün iki sadə üsul
Dəsmallarınızı uzun müddət ilk günkü kimi saxlamaq üçün iki əsas təmizlik metodu var. Onlardan biri karbonat istifadə etməkdir. Karbonat, dəsmalları təravətli və yumşaq saxlayır. Bu üsulu tətbiq etmək üçün hər bir paltaryuyan üçün 100 ml isti su və 62 qram karbonat kifayətdir.
İstifadə qaydası:
1.Suyu qaynadın və karbonatı içinə əlavə edin.
2.Dəsmalları geniş bir qaba qoyaraq bu qarışımı üzərinə tökün.
3.Dəsmalları bu qarışımda 60 dəqiqə saxlayın.
4.Daha sonra adi paltaryuyan proqramında yuyun və təbii üsullarla qurudun.
Bu metod sayəsində dəsmallar həm təmiz, həm də yumşaq qalacaq.
Digər effektiv üsul – karbonat və limon qarışımı
Dəsmallardakı ləkələri çıxarmaq üçün başqa bir təsirli üsul karbonatı limon suyu ilə qarışdırmaqdır. Hazırlanan qarışımı birbaşa ləkənin üzərinə çəkin və 20 dəqiqə gözləyin. Daha sonra dəsmalları adi qaydada yuyun. Bu metod ləkələrin asanlıqla çıxmasına və dəsmalların yenidən təravətli görünməsinə kömək edir.
Bu sadə, lakin təsirli üsullarla siz də evdə beş ulduzlu otellərin təmiz və yumşaq dəsmallarına sahib ola bilərsiniz!
Vüsal Orucov