Pit Hegset – ABŞ müdafiə naziri təyin edilib. O, döyüş veteranı və keçmiş Fox News aparıcısı kimi tanınır. Dünya agentliklərinin məlumatına görə, təyinat xəbəri şənbə günü, 25 yanvar səhəri elan olunub.Hegsetin namizədliyi mübahisəli hesab edilirdi, çünki ona 2017-ci ilin sentyabrında baş verdiyi iddia olunan zorlanma ilə bağlı ittihamlar irəli sürülmüşdü. Hegset isə bu ittihamları rədd edir.Almaniyanın dpa agentliyinin yazdığına görə, ABŞ Senatında Hegsetin namizədliyi ilə bağlı keçirilən səsvermədə səslər bərabər bölünüb. Bu vəziyyətdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin səsi həlledici olub.ABŞ-ın sabiq prezidenti Donald Tramp Hegseti belə xarakterizə etmişdi: “Pit sərt, ağıllı və “Əvvəlcə Amerika” prinsipinin əsl tərəfdarıdır.” Trampın sözlərinə görə, Hegsetlə birlikdə “Amerikanın düşmənlərinə xəbərdarlıq edilir.” O, ABŞ ordusunun yenidən böyük gücə çevriləcəyini və Amerikanın heç vaxt geri çəkilməyəcəyini əlavə etmişdi.Hegset ABŞ-ın Quantanamo bazasında hərbi xidmət keçib, Əfqanıstan və İraq kampaniyalarının veteranıdır.Səidə
Diqqət Çəkənlər
Bakıda "Çağdaş Dünya Rəssamları" adlı kataloqun təqdimat mərasimi gerçəkləşib
Tramp Con Kennedinin öldürülməsi ilə bağlı gizli materialların dərc edilməsi haqqında sərəncam imzalayıb
GnS Economics: Trampın ilk 100 günündə Ukraynada eskalasiya gözlənilir