AZ

Parisdə azərbaycanlı gənc rejissorun filmi nümayiş olunub

Parisdə

Parisin “L’Arlequin” kino zalında 2024-cü ildə Nantda keçirilmiş “3 Qitə Festivalı”nın (Festival des 3 Continents) mükafatlarına layiq görülmüş azərbaycanlı gənc rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” filmi nümayiş olunub."Ulusum" AZƏRTAC-a istinadən xəbər verir ki, festivalın münsiflər heyəti tərəfindən “Kinomexanikin qayıdışı” filmi “Nant-Atlantik hava limanı” xüsusi mükafatı və “Gənc münsif” mükafatına layiq görülüb. Film ARTE ZDF və CNC tərəfindən dəstəklənib.Nant və Luar–Atlantik şəhərlərindən sonra paytaxt Paris yanvarın 26-dək festivalın qalib filmlərini yerli kinosevərlərə təqdim edəcək.Lənkəranda anadan olmuş Orxan Ağazadə 2006-2011-ci illərdə Bakı Slavyan Universitetində jurnalistika üzrə bakalavr təhsili aldıqdan sonra, 2015-2018-ci illərdə Böyük Britaniyada “London Film School”da magistratura üzrə təhsilini davam etdirib. O, hələ tələbəlik illərində çəkmiş olduğu qısametrajlı sənədli və bədii filmləri ilə nüfuzlu festivallarda iştirak edib. İlk filmi olan “Leninə məktub”un premyerası Almaniyanın “Leipzig İnternational Film” Festivalında baş tutub.Qeyd edək ki, 1979-cu ildə yaradıldığı gündən “Üç Qitə Festivalı” beynəlxalq şöhrət qazanıb və fransız kino sevənləri arasında yerini təsdiqləyib.Parisdə

Diqqət Çəkənlər

Bakıda "Çağdaş Dünya Rəssamları" adlı kataloqun təqdimat mərasimi gerçəkləşib

Tramp Con Kennedinin öldürülməsi ilə bağlı gizli materialların dərc edilməsi haqqında sərəncam imzalayıb

GnS Economics: Trampın ilk 100 günündə Ukraynada eskalasiya gözlənilir

Seçilən
9
2
ulusum.az

3Mənbələr