AZ

Sumqayıtda qadına məxsus avtomobil yanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sumqayıt şəhərində "Opel" markalı avtomobil tamamilə yanıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü İlhamə Tahir qızı Məlikovaya məxsus avtomobil anidən yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın söndürülüb, ətrafdakı maşınlara və tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
43
oxu.az

1Mənbələr