AZ

Çin səfirindən xəbərdarlıq: "Bu qarşıdurma böyük fəlakətə çevriləcək"

ABŞ və Çin bir-birlərinə arxa çevirməməli və fikir ayrılıqlarının onların ikitərəfli münasibətlərində üstünlük təşkil etməsinə imkan verməməlidir. Rusiya mediasının yaydığı məlumata görə, bunu Çinin ABŞ-dəki səfiri Si Fen Çinin Vaşinqtondakı səfirliyində keçirilən ziyafətdə deyib.

"Ölkələr arasında münasibətlərin sağlam olması üçün əməkdaşlığın və dialoqun davam etdirilməsi, “bir-birimizə arxa çevirməmək” vacibdir", - Diplomat qeyd edib. O, bildirib ki, Çin və ABŞ arasında qarşıdurma və münaqişə böyük bir fəlakət olar.

Onun sözlərinə görə, bu yaxınlarda Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb və bu zaman onlar müxtəlif sahələrdə kommunikasiyaların və əməkdaşlığın genişləndirilməsi, Çin-Amerika münasibətlərinin sabitləşdirilməsi və inkişafı ilə bağlı mühüm qarşılıqlı anlaşmalar əldə ediblər.

Tural

Seçilən
14
news365.az

1Mənbələr