Türkiyənin Konya şəhərində yaşayış binasının uçmasında günahkar bilinən 4 nəfər saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber” Konya prokurorluğuna istinadən məlumat yayıb.
"Konya vilayətinin Səlçuqlu rayonunda dördmərtəbəli binanın (onlardan 3-ü yaşayış) uçmasında günahkar bilinən 4 şübhəli şəxs saxlanılıb. Hadisə yerində ətraflı araşdırmalar davam edir", - bəyanatda bildirilib.
Dağıntılar altında qalan 5 nəfərdən 3-ü sağ xilas edilib, digər 2 nəfərin xilas edilməsi üçün axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, hadisə yanvarın 24-də baş verib. Binanın çökməsinin səbəbi məlum deyil. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.