Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniya II Bundesliqasında bu gün növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Şalke” ilə qarşılaşacaq. Görüşə saat 16:00-da start veriləcək.
“Nürnberq” 18 turdan sonra 25 xalla 11-ci sıradadır. “Şalke” isə 21 xalla 13-cü pillədə qərarlaşıb.