AZ

Kosmonavt: "ABŞ-nin Marsa uçuş planları prezidentlərə görə dəyişir"

"Roskosmos" kosmonavtlar dəstəsinin komandiri Oleq Kononenko diqqət çəkən açıqlamalar verib. O, Rusiya mediasına açıqlamasında bildirib ki, yeni prezidentin gəlişi ilə ABŞ-də kosmik tədqiqatların məqsədləri daim dəyişir.

Kononenko ABŞ prezidenti Donald Trampın andiçmə mərasimi zamanı Marsa ekspedisiya göndərmək planları ilə bağlı açıqlamasını da şərh edib. O, belə bir iddialı proqramın icrasını müşahidə etməkdə maraqlı olacağını qeyd edib.

“Bir prezident artıq bir neçə dəfə deyib ki, biz Aya uçacağıq. Sonra başqa prezident gəldi və dedi ki, biz orada stansiya tikəcəyik. Daha sonra gəlib söyləyirlər ki, yox, biz hələ ora enməliyik”, - Kononenko əlavə edib.

O qeyd edib ki, sahibkar və SpaceX-in təsisçisi İlon Mask hazırda məlum planların həyata keçirilməsində fəal iştirak edir. Astronavt hesab edir ki, onun bu işdə öz maraqları var.

Tural

Seçilən
29
news365.az

1Mənbələr