AZ

İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

Bakı. Trend:

25 yanvar 2025-ci il tarixində İran İslam RespublikasınınAzərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid CəfərAğayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı, son zamanlar hökumət dairələrinə yaxın İran mətbuorqanlarında Azərbaycan əleyhinə, ölkəmizin rəhbərliyinə qarşıaçıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.

Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş “AzərbaycanRespublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarətvə humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cıiclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanınİrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etirazbildirilməsinin və İran mətbuatında kampaniyanıngenişləndirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub.

Bununla yanaşı, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşısəsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid HəsənAmelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniyaaparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərininAzərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməzolduğu diqqətə çatdırılıb.

Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaqməqsədi daşıdığı, bunların qarşısının alınmasınının zəruri olduğuvurğulanıb.

İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat vəhərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsininsəlahiyyətli orqanlarına çatdıracağına söz verib.

Seçilən
14
9
az.trend.az

10Mənbələr