Qlobal maliyyə sistemi parçalanma ərəfəsindədir. Dünya İqtisadi Forumunun hesabatında deyilir ki, buna geosiyasi gərginlik, eləcə də artan sanksiyalar və ticarət məhdudiyyətləri səbəb ola bilər.
Qeyd edilib ki, maliyyə sisteminin parçalanması COVID-19 pandemiyası və 2008-ci il maliyyə böhranı ilə bağlı xərcləri üstələyən itkilər ilə nəticələnə bilər.
Qlobal ÜDM itkiləri təxminən 5,7 trilyon dollar təşkil edə və qlobal inflyasiya 5%-i keçə bilər.