AZ

Dünyanın ən böyük aysberqi bir il ərzində 10% əriyib

A23a adlı aysberq əriyərək 2024-cü ildə həcminin təxminən 9%-ni itirib. Bu barədə Rusiya mediasına açıqlama verən Arktika və Antarktika Tədqiqat İnstitutunun buz və hidrometeorologiya üzrə baş mütəxəssisi Polina Soloşçuk bildirib.

A23a, 1986-cı ildə Filçner Buz Şelfindən qopmuş dünyanın ən böyük aysberqidir. Onun ərazisi, bəzi mənbələrə görə, 4170 km2-dir ki, bu da Nyu Yorkun ərazisindən üç dəfə çoxdur.

Mütəxəssis qeyd edib ki, hazırda o, Cənubi Corciya adasından təqribən 300 km aralıda sürüşməyə davam edir.

Tural

Seçilən
7
news365.az

1Mənbələr