AZ

Ölkəmizə olan inam, Azərbaycanı regionun liderinə çevirir - Bəhruz Quliyev

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunda iştirakı, keçirdiyi görüşlər ölkəmizin və dövlətimizin beynəlxalq nüfuzundan, imkanlarından, əldə edəcəyi uğurlardan xəbər verir”.

Bunu hafta.az-a açıqlamasında SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev bildirib.
B.Quliyev qeyd edib ki, keçirilən bütün görüşlərdə Azərbaycanın dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaş olduğu vurğulanıb. Bu da təsadüfi deyil, çünki ölkəmiz həm siyasi, həm iqtisadi, həm də investisiya baxımından çox cəlbedicidir.

“Ölkəmizə olan inam, etibar Azərbaycanı birmənalı olaraq regionun liderinə çevirir. Ümumiyyətlə, Azərbaycanın yaratdığı mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatı ölkəmizə ən qlobal layihələri reallaşdırmağa imkan verir. Azərbaycanaın real imkanları, Cənubi Qafqazın lider dövləti kimi qəbul edilməsi, ədalət prinsipinə sadiqliyi, qanunların aliliyinə hörmət etməsi ölkəmizə olan diqqəti bir az da artırıb”.

B.Quliyev vurğulayıb ki, Azərbaycanın yaxın gələcəklə bağlı strategiyası daha uğurlu gələcəyimizin təminatına öz töhfəsini verəcəkdir.

“15 ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına etibarlı şəkildə xam neft nəql edir. 3500 kilometrlik "Cənub qaz dəhlizi”nin tikintisinin təşəbbüskarı da məhz Azərbaycan olub. Avropanın enerji xəritəsini dəyişdirəcək bu nəhəng layihə beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində reallaşıb. Azərbaycan dövləti iqtisadi gücünü, qüdrətini daha da artırmaqla yeni hədəfləri gerçəkləşdirərək beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradır. Regionda yeni reallıqların müəllifi olan Azərbaycan əməkdaşlıq, sabitlik və inkişaf üçün genişmiqyaslı təşəbbüslər irəli sürür. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan Avropa ilə Asiya arasında beynəlxalq yükdaşımaların daha təhlükəsiz və qısa zamanda həyata keçirilməsi üçün mövcud nəqliyyat-tranzit potensialından geniş şəkildə istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyub. Bu baxımdan, Davosda Prezident İlham Əliyevlə keçirilən görüşlərdə Azərbaycanla əlaqələri genişləndirmək, yeni layihələrin birgə işlənməsinə zəmin hazırlamaq məqsədi daşıyıb ki, bu da Qərblə Şərq arasında mühüm körpü rolunu oynayan respublikamız üçün də böyük əhəmiyyət kəsb edir”.

Seçilən
45
hafta.az

1Mənbələr