“Barselona”nın yarımmüdafiəçisi Daniel Olmo zədələnib.
“Mundo Deportivo”nun məlumatına görə, 26 yaşlı futbolçu La Liqanın 20-ci turunun “Xetafe” ilə matçında (1:1) sıradan çıxıb. Tibbi müayinədən keçən Olmonun ən azı 10 gün yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Beləliklə, Çempionlar Liqasında “Benfika”ya qarşı oynaya bilməyən Daniel La Liqada “Valensiya” ilə yanvarın 26-na təyin olunan oyunu da buraxacaq.
Qeyd edək ki, bu mövsüm 18 oyun keçirən futbolçu 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta