AZ

"ABŞ-nin Paris Sazişindən çıxması iqlimlə mübarizəni çətinləşdirəcək"

Braziliyalı diplomat və gələcəkdə COP30 iqlim konfransının sədri olacaq Andre Correa do Lago, ABŞ-nin Paris Sazişindən çıxmasının iqlim dəyişikliyi ilə mübarizəni daha da çətinləşdirəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Diplomatın fikrincə, ABŞ-nin bu addımı nəticəsində Çin, Hindistan və Braziliyanın iqlim siyasətindəki rolu daha da artacaq.

“Əlavə edim ki, bu qərar iqlim istiləşməsini 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üçün edilən səylərə böyük təsir göstərəcək. Bu hədəf isə sənaye dövründən əvvəlki temperatur səviyyəsinə uyğun olaraq əsaslanır”,- diplomat qeyd edib.

Xatırladaq ki, Donald Tramp yanvarın 20 ABŞ-nin Paris Sazişindən çıxması ilə bağlı fərman imzalayıb.


Müəllif: Qənirə Süleymanova
Seçilən
6
teleqraf.com

1Mənbələr