Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə gənclər və idman sektorunun , Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin və Ağstafa Təhsil sektorununbirgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunanyeniyetmələr arasında pnevmatik silahdan güllə atıcılığı üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, yarış Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin atıcılıq tirində təşkil olunub.
Birinciliyin rəsmiaçılış mərasimində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizinəziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonraAğstafa rayonu üzrə gənclər və idman sektorunun aparıcı-məsləhətçisi Hikmət İsmayılovçıxış edərək 20 Yanvar faciəsihaqqında yarış iştirakçılarına ətraflı məlumat verib. Baş hakim oyunun qaydaları haqqında məlumat verdikdən sonra yarışa start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə
I yerə Şıxməmmədli Ayxan Pərviz oğlu, II yerə Məhərrəmli Rəhman Vüqar oğlu, III yerə isə Cəlilzadə Qurban Yaqub oğlu layiq görülüb.
Yarışın qalibləriQazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.
Yarışda 38 nəfər yeniyetməiştirak edib.