Bakı. Trend:
Ötən il Azərbaycanda hava nəqliyyatı nəqliyyatı vasitələri ilə5,5 milyard ABŞ dolları dəyərində 79,2 min ton beynəlxalq yükdaşımaları həyata keçirilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 2,8dəfə və ya 3,6 milyard ABŞ dolları çoxdur.
2024-cü il ərzində hava nəqliyyatı vasitələri ilə5,2 milyard ABŞdolları dəyərində 14,7 min ton yük idxal edilib, 346,6 milyon ABŞdolları dəyərindən 64,5 min ton yük ixrac olunub.
2023-cü illə müqayisədə idxal olunan yükün dəyəri 3,6 milyardABŞ dolları (3,3 dəfə), həcmi 1,8 min ton (14,2%) artıb. Eynizamanda illik müqayisədə ölkədən ixrac olunan yükün dəyəri 6,3milyon ABŞ dolları (1,9%) artıb, həcmi isə 22,3 min ton (25,7%)azalıb.