“Prezident Tramp ABŞ Milli Kəşfiyyat direktoruna 15 gün ərzində ABŞ-in 35 prezidenti Con Kennedinin qətli ilə bağlı sənədlərin lüstrasiyası planını , 45 gün ərzində isə Robert Kennedi və Martin Lüter Kinqin qətli ilə bağlı materialların lüstrasiyasını tapşırıb”.
Bu sözləri Moderator.az-açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.
“ABŞ Konqresi hələ 1992-ci ildə Milli Arxivlər və Qeydlər İdarəsindən Con Kennedinin qətli ilə bağlı bütün sənədlər toplusunu 25 il ərzində nəşr etməyi tələb edən qanun qəbul edib.
Sənədlərin məxfilikdən çıxarılması üçün son tarix, 26 oktyabr 2017-ci il Donald Trampın ilk prezidentliyi dövründə düşmüşdü.
Tramp hələ ilk seçki kampaniyasında amerikalılara Kennedinin öldürülməsi ilə bağlı “bütün həqiqəti üzə çıxaracaqlarını” vəd etmişdi.
2017-ci il oktyabrın 21-də, nəşrin həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddətin başa çatmasına beş gün qalmış Tramp “heç nəyə baxmadan” uzun müddətdir kilidlənmiş və məxfi saxlanılan Kennedi fayllarının nəşrinə icazə verəcəyini bildirmişdi.
“Washington Post” nəşri o zaman yazırdı ki, Tramp bəzi milli təhlükəsizlik agentliklərinin tövsiyələrinə baxmayaraq sui-qəsdi əhatə edən bütün sənədlərin nəşrində israrlıdır.
Nəzərdə tutulan tarix- oktyabrın 26-da Milli Arxiv bə Qeydlər İdarəsi bir çox yeni sənədləri nəşr edir, lakin dərc olunan materialların arasında siyasi qətlin əsas suallarını əhatə edən sənədlər olmur.
Həmin günlərdə ABŞ mediası yazırdı ki, prezident Tramp Federal Təhlükəsizlik Bürosu və Mərkəzi Kəşfiyyat Agentliyi ilə razılaşaraq yüzlərlə sənədin nəşrinə mane olub.
Federal Təhlükəsizlik Bürosu və Mərkəzi Kəşfiyyat Agentliyinin tövsiyəsi ilə prezident Tramp yerdə qalan sənədlərin dərcinin təşkili üçün müddəti daha altı ay uzadır.
Altı ay sonra isə Milli Arxiv və Qeydlər İdarəsi işin hələ yekunlaşmadığını səbəb gətirərək əsas suallara cavab verəcək sənədlərin məxfiliyi ləğv etmir.
Növbəti dərc 2021-ci il Trampın prezidentlik müddətinin bitməsinə sayılı günlər qalmış yanvar ayı üçün nəzərdə tutulur.
Həmin günlərdə isə seçkiyə etiraz və iştişaşlar baş verir və onların təşkilində Donald Tramp günahlandırılır.
Bu proseslərin fonunda isə ABŞ tarixinin ən səsli-küylü siyasi sui-qəsdin təşkilinə aid əsas suallara cavab verəcək sənədlərin dərci gündəmdən çıxır.
Co Baydenin prezidentliyi dövründə Milli Arxiv və Qeydlər İdarəsi minlərlə sənəd dərc edir.
Onların arasında isə Kenedi sui-qəsdin kim tərəfindən təşkil olunmasına aid açıq suallara cavab tapılmır”.