AZ

"Liverpul"un ulduzu doğma şəhərinə dönür

PSJ müdafiəsini İngiltərə Premyer Liqasının aparıcı klubunun oyunçusu ilə gücləndirmək istəyir.

Fanat.Az xəbər verir ki, söhbət "Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konatedən gedir.

Məlumatı "Anfield Watch" yayıb. Transfer 2025-ci ilin yayında - oyunçunun mersisaydlılarla müqaviləsinin bitməsinə bir il qalmış baş tuta bilər.

Qeyd edək ki, 25 yaşlı futbolçu Parisdə anadan olub.

Konatenin bazar dəyəri 50 milyon avrodur.

Bu mövsüm o, "Liverpul"un heyətində 22 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
22
50
fanat.az

10Mənbələr