AZ

Pezeşkian dözə bilməyib od püskürdü

Ölkədəki problemlərin həlli ilə bağlı xalqa müraciət edərək Azərbaycan atalar sözlərin misal çəkdi.
Ölkə.Az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian Xuzistana səfəri zamanı  problemlərin həlli üçün türk atalar sözlərindən nümunələr verib.
 "Türk dilində belə bir deyim var: "Yaxşı oğul ata malını neylər, pis oğul ata malını neylər"
Ağıllıdırsa, istədiyini edəcək və  istəyinə nail ola bilər. Axmaq olsa, əlində olanı məhv edər. Uşaqlarımıza, gələcək nəsillərimizə şüur, bilik verməliyik".
Pezeşkian problemlərin birlik və həmrəyliklə həll oluna biləcəyini də vurğulayaraq,  da bir türkcə ifadəni misal çəkib: "Biz türkcədə  el gücü, sel gücü deyirik. Selin qarşısında heç bir maneə  dayanmadığı kimi birlik olanda da yolumuzda heç bir maneə olmayacaq”. 
Pezeşkian onu da əlavə edib ki, seçkiöncəsi mən hər hansı  yalançı vədlər  vermədim.
“Mən prezidentliyə namizədliyimi irəli sürərkən heç bir rəqəm deməmişəm, seçilsəm, bunları edəcəyimi deməmişəm. Vəd verib və sonradan onu həyata keçirə  bilməyəcəyimiz şüarlar səsləndirmək əvəzinə, problemləri həll etmək üçün vaxt ayırmaq lazımdır. O zaman insanlar  deyəcəklər ki, bunlar da digərləri kimi sadəcə  yalan vədlər verib  getdilər", - prezident əlavə edib.
Mürtəza
Ölkə.Az

Seçilən
19
14
olke.az

10Mənbələr