İranda hər il 190 minə yaxın yeni xərçəng xəstəliyi aşkar edilir, kişilər arasında ən çox rast gəlinən xərçəng növü prostat xərçəngi, qadınlarda isə süd vəzi xərçəngidir.
Bu barədə Tehranın Beheşti Universitetinin elmi heyətinin üzvü Əli Mütləq məlumat verib.
O, bəzi əyalətlərdə, o cümlədən Sistan və Bəluçistan kimi əyalətlərdə xərçəng xəstəliyinə yoluxmanın orta yaş həddinin daha aşağı olduğunu bildirib.
Bundan əvvəl verilən məlumatlarda İranda gündə təxminən 200 nəfərin xərçəng xəstəliyinə yoluxduğu qeyd olunub.
Qeyd edək ki, İranda xərçəngə yoluxma yaşı başqa ölkələrlə müqayisədə təxminən 10 il aşağıdır və iranlılar daha gənc yaşlarında bu xəstəliyə yoluxurlar.
visiontv.az