HƏMAS daha 4 israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
Publika.az xəbər verir ki, bu barədə "Əl Əqsa" telekanalı məlumat yayıb. Proses Qəzza şəhərindəki Fələstin meydanında baş tutub.
Daha sonra İDF mətbuat xidməti transfer prosesinin başa çatdığını və azad edilən qızların İsrailə aparıldığını təsdiqləyib.
HƏMAS hərəkatının hərbi qanadı "Əl-Qəssam" briqadalarının dünən verdiyi məlumata görə, onlar Karina Ariyev, Daniel Gilboa, Naama Levi və Liri Elbaqı azad edəcəklər.
Öz növbəsində, HƏMAS-ın məhbus və ölülərlə iş üzrə ofisi bildirib ki, İsrail şənbə günü 200 fələstinli məhbusu azad edəcək, onlardan 121-i ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, bir həftə əvvəl Fələstin hərəkatı üç girovu geri qaytarıb.