AZ

Qəzvində Qacarlar dövrünə aid ağaclar kəsilir

Ekoloq Səid Zarepur öz İnstaqram səhifəsində Qəzvinin Sepəh küçəsində Qacarlar dövrünə aid hündür ağacların kəsilməsini əks etdirən video yayımlayıb.

Bu ekoloji fəal hadisənin, cümə günü səhər saatlarında baş verdiyini bildirib.

Paylaşımında o, bu ağacların təbii önəmilə yanaşı, həm də tarixi  önəmə sahib olduğunu vurğulayıb.

Qeyd edək ki, Sepəh küçəsi Qəzvinin ən qədim küçələrindən biri olduğuna görə böyük tarixi önəmə sahibdir. Bu baxımdan belə bir küçədə yerləşən qədim ağacların qəfil kəsilməsi ekofəalların narazılığına səbəb olub.

Səid Zarepur belə qədim ağacların, hətta quruduqdan sonra belə kəsilməsinin əlehinə olduğunu, bu ağacların abidəyə çevrilməli olduğunu bildirib.

visiontv.az



Seçilən
6
visiontv.az

1Mənbələr