AZ

Çin Trampın Ukrayna ilə bağlı niyyətini dəstəkləyir



Çin ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinə son qoymaq niyyətini dəstəkləyir.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bəyan edib.

“Biz bütün tərəflərin konstruktiv rol oynaması, gərginliyin azaldılması və böhranın siyasi həlli üçün şərait yaradılmasını görməkdən məmnunuq” - deyə o bildiri.

Mao Nin əlavə edib ki, Çin münaqişənin bütün tərəfləri ilə əlaqə saxlamağa hazırdır.

O deyib ki ki, Çin və ABŞ arasında əməkdaşlıq üçün ümumi maraqlar, geniş imkanlar mövcuddur və ölkələr bu istiqamətdə dialoqu gücləndirməlidir.

Lalə, BakuPost

Seçilən
21
bakupost.az

1Mənbələr