![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/25/1/37ea8d6b-b844-4646-af5d-540c2e2f62e1/usaid-ukrayna.jpg)
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynaya yardımla bağlı layihələrini dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, dondurulmuş layihələr arasında səhiyyə sahəsində yardımlar, o cümlədən uşaqların peyvənd edilməsi, eləcə də məktəblərə yardımlar var.