AZ

85 milyon insanın arasına çəkilmiş terror səddi yıxılacaq - Ərdoğan

85 milyon insanın arasına çəkilmiş terror səddi yıxıldıqda, bir-birimizə daha möhkəm sarılacaq, daha sıx birləşəcəyik.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" platformasında paylaşım edib.

“Bəzən kimlik siyasəti, bəzən isə məzhəb və təriqət təxribatı ilə aramıza nifrət və düşmənçilikdən ibarət divarlar çəkdilər. Bununla da Türkiyəni regional və qlobal inkişaflardan kənarda saxlamağa çalışdılar. Biz bu xalqı və bu dövlətə bir daha eyni təcrübələri yaşatmamaqda qərarlıyıq. 85 milyon insanın arasına çəkilmiş terror səddi yıxıldıqda, bir-birimizə daha möhkəm sarılacaq, daha sıx birləşəcəyik",- Türkiyə lideri vurğulayıb.


Müəllif: Qənirə Süleymanova
Seçilən
28
teleqraf.com

1Mənbələr