“Gənclər bu idman növündə uğur qazanmaq istəyirlərsə, hər zaman məşq etməli və nizam-intizamlı olmalıdırlar".
İdman.biz xəbər verir ki, bunu ağırlıqqaldırma üzrə Əməkdar məşqçi Vaqif Hüseynov ölkə çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanda ağırlıqqaldırmanın inkişafından söz açıb: “Bütün həyatımı ağırlıqqaldırmaya həsr etmişəm. Azərbaycanda bu idman növü yüksək səviyyədə inkişaf edir. Hər kəs görür ki, ağırlıqqaldırmada uğurlu nəticələr əldə edirik. İdmançılarımız Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırırlar. Bununla fəxr etməliyik”.
Qeyd edək ki, ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yanvarın 26-da yekun vurulacaq.
Aytac Sahəd
İdman.biz