Müğənni Ebru Gündeşin azərbaycanlı iş adamı Reza Zarrabdan olan qızı Alara milyoner olub.
OLAY yazır ki, Ebru Kanlıca sahilindəki malikanəsini qızının adına keçirib. 250 milyon lirəlik lüks villa artıq 14 yaşlı Alaranındır.
Qeyd edək ki, illər əvvəl Gündeş və R. Zarrab sözügedən malikanəyə görə məhkəməlik olmuşdu. Belə ki, “yalı”da sonradan lift və tünel inşa edildiyi aşkarlanmışdı. Ebru binada edilən təmiri həyat yoldaşının planlaşdırdığını söyləyərək məhkəmədən bəraət etmişdi.