AZ

"Yeni Sabah" 6 yaşında: "Böyük büdcəsi olan saytlarla kəllə-kəlləyə gələ bilirik"

Bu gün “Yeni Sabah” xəbər saytının fəaliyyətə başlamasının 6 ili tamam olur. Sayt 2019-cu il yanvarın 25-də fəaliyyətə başlayıb. “Yenisabah.az” saytında cəmiyyətin bütün sosial təbəqələrini maraqlandıracaq xəbərlər, müsahibələr, araşdırma və açıqlamalar yayımlanır. 

Modern.az bu münasibətlə “Yeni Sabah”ın təsisçisi Elnur Məmmədli ilə həmsöhbət olub.

O deyir ki, “Yeni Sabah” bu gün Azərbaycan mediasında müəyyən yerə gəlibsə, bu kollektivin bacarığı, zəhməti sayəsindədir:

“Bu yerə asanlıqla gəlməmişik. Açıq desəm, bizim büdcəmiz həmişə zəif olub. Buna baxmayaraq, böyük büdcəsi olan saytlarla kəllə-kəlləyə gələ bilirik. Bu da içimizdə olan jurnalistikaya maraq, kollektivimizin bacarığı və motivasiyası ilə bağlıdır. Mən kollektivimizlə fəxr edirəm. Xırda imkanlarla yaxşı yerlərdən birini tutmağı bacara bilirik, buna görə də hamımız sevincliyik”.

E.Məmmədli qeyd edib ki, “Yeni Sabah”ın heç vaxt uzaq hədəfləri olmayıb:

“Hədəfimiz həmişə yaxın olub. O hədəf də gündəmi tuta bilmək, oxucuların istədiklərini qismən də olsa verə biləmək, mediadan geri qalmamaqdır. Media bir yarışdır, biz bu yarışda artıq qaçmağı bacarırıq. Hətta buna savaş da demək olar və biz uduzmamağa, günü udmağa çalışırıq”.

Seçilən
12
modern.az

1Mənbələr