Laboratoriya müayinələrinə əsasən uyğunsuzluq aşkarlanmış ümumi çəkisi 13 kiloqram olan istehlaka yararsız “Ordubad” əmtəə nişanlı bal məhsulu aşkarlanıb.
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən Sfera.az-a bildirilib ki, müvafiq rəy əsasında agentlik əməkdaşlarının nəzarəti ilə həmin məhsul utilizasiya edilib.