O, klubun maliyyə durumunu əsas gətirib. Aşağı dəstədə mövsümün 2-ci yarısı yanvarın 30-da start götürəcək. Yanvarın 31-də isə “Cəbrayıl” “Qaradağ Lökbatan”ın qonağı olacaq. Bəs “Cəbrayıl” bu oyuna kimin rəhbərliyi altında çıxacaq? Bu sualı klubun himayədarı və direktoru Şahin Məmmədova ünvanladıq:
“Hələlik kimin rəhbərliyi altında çıxmaqla bağlı yekun qərar verməmişik. Qarşıdan gələn bir neçə gün içində məlum olacaq”.
Qeyd edək ki, “Cəbrayıl” 14 xalla 5-ci pillədə qərarlaşıb.
ƏSƏD SEYİDOV