"Dörd il əvvəl, məhz bu saatlarda həyatımda ən böyük itkini yaşamışdım. Hər iki telefonumu gecədən söndürmüşdüm ki, heç kim narahat etməsin. Amma səhər oyandıqda aldığım ilk xəbər, bir kişinin yerdə uzandığı və bir qadının onun üstündə ağladığı oldu. O anda bildim ki, bu mənim atamdır. Ceyranın səsini eşidəndə isə anladım ki, atam dünyasını dəyişib".
Bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə yazıb. Atası ilə bağlı paylaşım edən Tolik bunları yazıb:
"Onu görənə qədər dünyasını dəyişdiyinə inanmadım. Amma onu torpağa qoyanda, Quran oxuyanda və onu üç dəfə yad etməyə çağırış ediləndə yalnız, “Məni bağışla, ata” deyə bildim. Mənə bir kəlmə demədən, öz dərdini hiss etdirmədən, atam dünyasını dəyişdi və dünya həqiqətən dəyişdi. Dörd il keçib. Sənin yoxluğun həmişə hiss olunur. Mən yoluma davam edirəm, yaşayıram , amma başım ağrıyanda, ruhum incidiyində, ən çox səni xatırlayıram, ata". (Axşam.az)